Son sutkada Azərbaycanda koronavirusa 596 yeni yoluxma faktı qeydə alınıb
Azərbaycanda bu gün koronavirus infeksiyasına 596 yeni yoluxma faktı qeydə alınıb, 322 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 13 nəfər COVID-19-dan vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 57 min 040 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 44 min 479 nəfər müalicə olunaraq sağalıb, 743 nəfər vəfat edib. Aktiv xəstə sayı 11 808 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 368 min 620 test aparılıb. Bugünkü test sayı isə 5 081-dir.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş