Azərbaycanda koronavirusa 509 yeni yoluxma faktı qeydə alındı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 509 yeni yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu gün COVID-19-dan 2 ölüm faktı qeydə alınıb.
Hazırkı dövrədək ölkəmizdə 43 min 789 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 800 nəfər müalicə olunaraq sağalıb, 621 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 368 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 209 min 802 test aparılıb. Bugünkü test sayı isə 7 878-dir.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş