Alimlər daha bir ölümcül xəstəliyin izinə düşdülər
Qərb alimləri insanlar üçün olduqca təhlükəli sayılan yeni xəstəlik növünü aşkar ediblər.
Şəffaflıq.az xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı “The New England Journal of Medicine” jurnalında bir qrup elm adamının müəllifliyi ilə xüsusi məqalə dərc edilib.
Tibb ekspertləri həmin xəstəliyi “VEXAS” olaraq adlandırıblar.
Verilən informasiyalara əsasən, mütəxəssislər tərəfindən aşkarlanan yeni patologiya genetik mutasiyaya səbəb olaraq, insan orqanizmində tromblaşmaya gətirib çıxarır. Xəstəliyin yayıldığı insanlar arasında ölüm halları 40%-dir.
Bu xəstəliyin həkimlərin əvvəllər bir-biri ilə əlaqələndirmədikləri bir neçə iltihab sindromunu birləşdirdiyi qeyd olunur. Belə ki, “VEXAS”lı xəstələrdəki iltihab prosesi ağciyər və qığırdaq toxumalarını ciddi şəkildə zədələyir.
Hazırda Yer kürəsində 50-ə yaxın adamın “VEXAS”a yoluxduğu bildirilir. Lakin alimlərin rəyinə görə, həqiqətdə bu rəqəm deyildiyindən qat-qat çoxdur.
Facebook-da paylaş