"Suda boğulan üçün saman çöpü" - Fransanın Vyen şəhəri "DQR"-i "tanıyıb"
Fransanın Vyen şəhərinin icma şurası oktyabrın 19-da yekdilliklə "DQR"-in "müstəqilliyini tanıyıb", ayın 20-də isə şəhərin vitse-meri Levon Sakunts Fransa hakimiyyətinə eyni cür hərəkət etmək barədə müraciət ünvanlayıb.
Bu barədə Şəffaflıq.az "Musavat.com"-a istindən xəbər verir.
Sakunts erməni mediasına bildirib ki, şəhər meri Tyeri Kovaksla bu məsələni müzakirə edib, icma şurasının toplantısının gündəliyə salıb qərar çıxarıblar.
"Fransa hökumətinə müraciət etmək zərurəti yarandı ki, hökumət də "Artsax"ı tanısın, çünki problemin başqa cür həll olunmayacağını görürük.
Təbii ki, həll yollarından biri ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətidir, ancaq biz bu gün yenidən müharibə vəziyyətindəyiksə, bu o deməkdir ki, həmin qrup problemin hər hansı bir həlli yolunu tapa bilməyib", -Sakunts deyib.
Vitse-mer onu da bildirib ki, Vyenin icma şurası ermənilərin "Hayastan" fonduna 5 min avro pul keçirib.
Bir müddət əvvəl keçmiş Hadrut qəsəbəsi ilə qardaşlaşan Vyen 30 min əhaləsi olan kiçik şəhərdir.
Facebook-da paylaş