“Qarşıdakı bir ildə Qarabağ problemini həll etməyə çalışacağıq” - ÇAVUŞOĞLU
Bu gün Qlobal Jurnalistlər Konseyinin qurucuları Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Şəffaflıq.az modern.az-a istinadən xəbər verir ki, görüş zamanı M.Çavuşoğlu ilə müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb. Nazir Türkiyənin artıq dünyada böyük gücə çevridiyini vurğulayaraq, dünyanın bir çox ölkələrində, Liviyada, İraqda, Suriyadakı böyük güclərin qurduqları haqsız oyunları pozduğunu bildirib.
Qlobal Jurnalistlər Konseyinin qurucularından olan, azərbaycanlı jurnalist Elşad Eyvazlının Dağlıq Qarabağdakı oyunların nə zaman pozulacağı ilə bağlı sualına isə M.Çavuşoğlu belə cavab verib:
“Rusiya da istəsə, biz Dağlıq Qarabağ problemini həll edə bilərik. Bu problemin həll olunması üçün əlimizdən gələni edirik. Minsk qrupunun həmsədrləri artıq aylardır ki, bu istiqamətdə danışıqlar aparmaq üçün Türkiyədə bir araya gələcəyini deyir, lakin biz hələ ki, bir nəticə görmürük. Rusiya istəsə bizim də iştirakımızla bu problemi həll edə bilərik. Sonuncu dəfə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə də biz bu məsələni müzakirə etdik. Qarşıdakı bir ildə bu problemi həll etməyə çalışacağıq. Bu istiqamətdə bəzi məsələlər var ki, müzakirə edirik, lakin hələ bu barədə açıqlama vermək düzgün deyil”.
Facebook-da paylaş