Xaricdə təhsil almış Azərbaycanlı məzunlar və tələbələr bəyanat yayıb
Şəffaflıq.az Trend-ə istinadən bildirir ki, bəyanatda bildirilir ki, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, Azərbaycan-Britaniya Məzunları İctimai Birliyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması və ADA Könüllülər Hərəkatının birgə əməkdaşlığı çərçivəsində 27 sentyabr 2020-ci il tarixindən yenidən aktivləşən Dağlıq Qarabağ münaqişəsinə əsaslanan fəaliyyət qrupu yaradılır.
Qeyd edək ki, fəaliyyət qrupunun icra planı aşağıdakı istiqamətləri əhatə edəcəkdir:
- Məzunlarımızın birbaşa iştirakı ilə Sosial media kanalları üçün xarici dillərdə tarixi faktlara və araşdırmalara əsaslanan kontentlərin formalaşdırılması və sistemli koordinasiyası;
- Bu münaqişədən keçmişdə və cari halda əziyyət çəkmiş, və yaxud, araşdırmaları ilə töhfə vermiş məzunlarımızın (ölkə daxili və xaricindəki) və ekspertlərin iştirakı ilə video materialların hazırlanması;
- Sığınacaqlardakı mülki əhaliyə, hərbi hospitallara və şəhid ailələrinə yardım etmək məqsədilə aparılan sosial kampaniyalara dəstək;
- Beynəlxalq qurumlara və təşkilatlara ölkəmizdə baş verənlərlə bağlı reallığı əks etdirən rəsmi müraciətlərin ünvanlanması.
Bütün məzunlarımızı və dostlarımızı fəaliyyət istiqamətlərimizə dəstək olmaq üçün könüllü olmağa çağırır və müracitələrini gözləyirik.
Facebook-da paylaş