Günün qoroskopu: Saatlar keçdikcə mənfi təmayüllərin təsiri azalacaq
Şəffaflıq.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - bədxərclik etməyin. Yaxınlarınızla münasibətləri stabilləşdirin. Ailə üzvlərinə adi günlərlə müqayisədə daha çox vaxt ayırın. Onların ehtiyaclarından, istəklərindən hali olun. Məişət qayğılarını vaxtında həll edin. Axşam saatlarında normal istirahət edin.
Buğa - hadisələrin məcrası bəzi maraqlarınızın təminatının ertələnməsini tələb edir. İşgüzar aktivlik səviyyəniz artmalıdır. Yeni layihələrə fəal başlayın, sifarişləri unutmayın. Vədlərinizi yerinə yetirin.
Əkizlər - daha çox gəlir istəyi ənənəvi çərçivələrin dağıdılmasına səbəb olmamalıdır. Yaxın ətrafınızdakı insanlarla təmaslarda sayğını və etikanı unutmayın.
Xərçəng - sevdiyiniz insanla söhbətdə hisslərinizi etiraf edə bilərsiniz. Mənasız utancaqlıq zərərlidir. Ailə üzvlərinin qayğısına qalın.
Şir - fəndgir olun, real hədəfləri illüziyalardan ayırın. Günün cari məsələlərini həll edin. Aktiv çalışsanız, tərəfdaşlarınız zəhmətinizi dəyərləndirəcəklər. Diplomat olun, ünsiyyətdə qayğıkeş insan təsiri bağışlayın.
Qız - danışıqlar və sövdələşmələrdə gərginliyi azaldın. Günün ikinci yarısında ailə üzvləri ilə münasibətləriniz səmimi olsun. Sərt dəyişikliklərə heç bir lüzum yoxdur. Sevdiyiniz insanın yanınızda olması hisslərinizi daha parlaq edə bilər.
Tərəzi - hər düşündüyünü deyən insanı səmimi adlandırmaq çox çətindir. Danışanda qarşınızdakı insanın reaksiyasını təxminləməyə çalşıın. Fəsadları və sonucları düşünün. Mövqelərinizi qorumaq üçün soyuqqanlı davranmalısınız.
Əqrəb - aramla çalışın, sakitliyi çılğınlığa çevirməyin. Sizə təsir edən amilləri hesablamağa çalışın. Bəyənmədiyiniz insanı aşağılamayın. Axşam saatlarında gəzintiyə çıxın, səhhətinizin qayğısına qalın.
Oxatan - məişət problemlərinin həlli bilavasitə iştirakınızı tələb edir. Perspektiv sizi narahat etməsin. Yaşam arealını qaydaya salın, proseslərə təkan verin. Problemlərin həllinə rasional yanaşın.
Oğlaq - hər şeydən bir az bilməkdənsə, bir sahənin mütəxəssisi, peşəkarı olmaq daha yaxşıdır. Hadisələr aktiv iştirakınızı tələb edir. Münasibətlər plana uyğun inkişaf edirsə, yaxınlarınızla təmaslarda rəvanlıq bərqərar olacaq.
Dolça - çətin və spesifik məsələlərin həlli üçün yaxşı zamandır. Süni məhdudiyyətləri unudun, eqoist davranmayın. Yalnız özünüzə diqqət verməyin. Belədə, gerçəkdən də, dəyərli ideyanı reallaşdıra bilərsiniz.
Balıqlar - avandanlıq və texnika ilə çalışanda təhlükəsizlik qaydalarını unutmayın. Ailə üzvləri sizi dəstəkləyəcək, işlərinizdə iştirak edəcəklər. Saatlar keçdikcə mənfi təmayüllərin təsiri azalacaq.Milli.Az
Facebook-da paylaş