Çində peyvənd laboratoriyasında qaz sızması - 3 mindən çox insan xəstəliyə yoluxdu

 

Çinin şimal-qərbində heyvanlar üçün peyvənd istehsal edən, dövlətə məxsus bioloji müəssisədə qaz sızması nəticəsində minlərlə insanın bakterial xəstəliyə yoluxduğu açıqlanıb.

Şəffaflıq.az “CNN”ə istinadən xəbər verir ki, Çinin Lançjou şəhərində 3 245 insanın adətən yoluxmuş heyvanlarla və ya heyvan məhsulları ilə sıx təmasdan qaynaqlanan bruselyoz xəstəliyinə yoluxduğu bildirilib.

Lançjou şəhərinin səhiyyə qurumu tərəfindən bu gün yayımlanan açıqlamaya görə, bakteriyaların yayılmasında əsasən qoyunlar, mal-qara və donuzlar rol oynayıb.

Hadisələrə görə üzr istəyən şirkətin peyvənd istehsalı lisenziyası ləğv edilib. Səlahiyyətli şəxslər oktyabr ayına qədər xəstələrə təzminat ödəməyə başlayacaqlarını açıqlayıb.

Qeyd edək ki, Malta qızdırması və ya Aralıq dənizi qızdırması olaraq da bilinən bruselyozun simptomları baş ağrısı, əzələ ağrısı, qızdırma və yorğunluq kimi əlamətlərdən ibarətdir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}