İqtisadiyyat Nazirliyi 125 obyektdə pozuntular aşkarladı


 

İqtisadiyyat Nazirliyi bəzi obyektlərdə pozuntular aşkarlayıb.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə sentyabrın 8-də keçirdiyi monitorinqlər zamanı Nizami rayonunda “Tural market”də, “Start ərzaq mağazası”nda, “Enshteyn dəftər mağazası”nda, “Vüsal market”də, “Nuray market”də, “Kafe Tərtər”də, “N-Studio gözəllik salonu”nda, Qaradağ rayonunda “Oba market”də, Elnarə Yusifovaya, Novruzalı Mamedova məxsus pərakəndə ticarət obyektlərində, Xəzər rayonunda “Liqkas geyim” mağazasında, Hümbət Nuriyevə, Vüsal Muradova, Sehran Əliyevə məxsus mağazalarda, Xətai rayonunda “Bizim market”də, "Margo qadın geyimləri mağazası”nda, “Çinar kafe”də, “Ayxan implant-dent” stomatoloji klinikada, “El Chako restoranı”nda, “Fəridə kafe”də, “İstirahət kafesi”ndə, Binəqədi rayonunda “Təndir-kabab restoranı”nda, “Kafe Tovuz”da, "Bahar Lahmacun kafesi”ndə, "Retro şam restoranı”nda, “Öz kardeşler” restoranında, “Qədim Bərdə kafesi”ndə, “Kaspi kafesi”ndə, “Qədim Bakı restoranı”nda, “Zeytun Aptek”də, Sabunçu rayonunda “Al market”də, “Şərq şirniyyatı” mağazasında, Suraxanı rayonunda “555 market”də, “Sultan saray çay evi”ndə, “Park kafesi”ndə, Səbail rayonunda “Rozalia gül mağazası”nda, Nərimanov rayonunda “Bərəkət un məmulatları” mağazasında, “Outlet geyim mağazası”nda, “Eksklüziv elektrik malları mağazası”nda, “Büyükfırat restoranı”nda, Yasamal rayonunda “Nuran market”də, “Cup Cup kafe”də, “Galata restoran”da, Nəsimi rayonunda “Yaşıl market”də, “Ucuz market”də, “Oxford kitab evi”ndə, “Sarı sünbül şirniyyat” mağazasında, “Avtoş dönər”, “Sehranın dönəri” iaşə obyektlərində, Sumqayıt şəhərində “RRR ərzaq mağazası”nda, “Gilan-knauf inşaat materialları” mağazasında, Asif Səmədova, Namiq Mustafayevə məxsus kafelərdə, Abşeron rayonunda “Karandaş mağazası”nda, “Kafe Bağçasaray”da, Sahil Əzizova və Həsrət Ağayevə məxsus pərakəndə ticarət obyektlərində, ümumilikdə 125 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}