Saakaşvili baş nazir postuna namizəd kimi təqdim edilib
Vahid Milli Hərəkat (UNM) və Gürcüstanda Birlikdə Güc siyasi hərəkatına üzv olan bir sıra müxalifət partiyaları keçmiş prezident Mixeil Saakaşvilini oktyabr ayında keçiriləcək seçkilərdən əvvəl baş nazir postuna namizəd göstəriblər.
UNM-in sədri Qriqol Vaşadze sentyabrın 7-də Saakaşvili “Gürcüstana qayıtmalı və xalqı ilə birlikdə olmalıdır” - deyə, qeyd edib.
Saakaşvili 6 sentyabrda “Facebook”da Gürcüstana dönəcəyini elan etməyi planlaşdırdığını yazıb.
52 yaşlı Saakaşvili 2004-cü ildən 2013-cü ilədək Gürcüstanın prezidenti olub.
UNM partiyası 2012-ci il parlament seçkilərində ozamankı prezidentin tənqidçisi, milyarder Bidzina İvanişvilinin yaratdığı “Gürcü Arzusu” koalisiyası tərəfindən məğlub olmuşdu.
Saakaşvili 2013-cü ilin sonlarında prezidentlik müddəti bitdikdən qısa müddət sonra partiyasının bəzi üzvləri həbs olunduğu üçün Gürcüstanı tərk etmişdi.
2018-ci ilin yanvarında Gürcüstan məhkəməsi onu bir gürcü bankirin öldürülməsi hadisəsindəki sübutları ört-basdır etməkdə qiyabi olaraq ittiham edəcərək, üç il həbs cəzasına məhkum etmişdi.
2018-ci ilin iyun ayında başqa bir məhkəmə onu vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırmışdı və qiyabi olaraq 6 il həbs cəzasına məhkum etmişdi.
Saakaşvili bütün ittihamları rədd edərək, ittihamların siyasi motivli olduğunu söyləmişdi.
Ədliyyə naziri Tea Tsulukiani Saakaşvilinin Gürcüstana qayıdacağı təqdirdə həbs ediləcəyini deyib.
Gürcüstanda parlament seçkiləri oktyabrın 31-nə təyin edilib.
Şəffaflıq.az
Facebook-da paylaş