"Brent" neftinin qiyməti 40 dollardan aşağı düşüb
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin noyabr müqaviləsinin dəyəri Bakı vaxtı ilə saat 18:33-də 5,38% azalaraq 1 barelə görə 39,75 dollar təşkil edib.
Şəffaflıq.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 7,72% azalaraq 36,70 dollar təşkil edib.
Qeyd edək ki, kəskin qiymət azalması Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft-qaz şirkətinin Asiya və ABŞ istehlakçılarına nefti daha ucuz satacağını elan etdiyindən sonra müşahidə olunur.
Xəbəri paylaş
Facebook-da paylaş