Braziliyada bir sutkada 30 mindən çox insanda koronavirus aşkarlandı
Braziliyada son sutkada koronavirusa 30 168 yeni yoluxma aşkarlanıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə TASS ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 4 123 000-ə çatıb.
Son 24 saat ərzində COVID-19-dan 682 pasiyent vəfat edib. Beləliklə, Cənubi Amerikanın bu ölkəsində koronavirusdan ölənlərin ümumi sayı 126 203 nəfərə yüksəlib.
Eyni zamanda təhlükəli infeksiyaya yoluxmuş 3 296 702 pasiyent sağalıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Hazırda virus 218 ölkə və bölgədə qeydə alınıb.
Xəbəri paylaş
Facebook-da paylaş