Əsas Səhifə > Dünya > Braziliyada bir sutkada 30 mindən çox insanda koronavirus aşkarlandı

Braziliyada bir sutkada 30 mindən çox insanda koronavirus aşkarlandı


6-09-2020, 22:42

 

Braziliyada son sutkada koronavirusa 30 168 yeni yoluxma aşkarlanıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə TASS ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 4 123 000-ə çatıb.

Son 24 saat ərzində COVID-19-dan 682 pasiyent vəfat edib. Beləliklə, Cənubi Amerikanın bu ölkəsində koronavirusdan ölənlərin ümumi sayı 126 203 nəfərə yüksəlib.

Eyni zamanda təhlükəli infeksiyaya yoluxmuş 3 296 702 pasiyent sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Hazırda virus 218 ölkə və bölgədə qeydə alınıb.

Geri qayıt