Türkiyədə toy, nişan və digər mərasimlər qadağan olunacaq

 

Sentyabrın 4-dən Türkiyədə toy, nişan, xınayaxdı s. və bu kimi mərasimlər müvəqqəti olaraq keçirilməyəcək.


Şəffaflıq.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatına əsasən, toy mərasimləri yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində nikah bağlanmaqla 1 saatadək başa çatacaq.

Bununla əlaqədar Türkiyə Daxili İşlər Nazirliyi 81 vilayətin valiliyinə sərəncam göndərib.

Sərəncama görə, bəylə gəlinin birinci dərəcəli yaxın qohumlarının yaşı 65-dən yuxarı, 15-dən aşağı olarsa, nikah mərasiminə buraxılmayacaq. Nikah mərasimində oyun oynanması, kütləvi yemək-içmək qadağandır.

Bundan başqa, nikah mərasimlərinə ən azı bir dövlət məmuru qatıla bilər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}