Əsas Səhifə > Dünya > Türkiyədə toy, nişan və digər mərasimlər qadağan olunacaq
Türkiyədə toy, nişan və digər mərasimlər qadağan olunacaq3-09-2020, 08:35 |
Sentyabrın 4-dən Türkiyədə toy, nişan, xınayaxdı s. və bu kimi mərasimlər müvəqqəti olaraq keçirilməyəcək.Şəffaflıq.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatına əsasən, toy mərasimləri yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində nikah bağlanmaqla 1 saatadək başa çatacaq. Bununla əlaqədar Türkiyə Daxili İşlər Nazirliyi 81 vilayətin valiliyinə sərəncam göndərib. Sərəncama görə, bəylə gəlinin birinci dərəcəli yaxın qohumlarının yaşı 65-dən yuxarı, 15-dən aşağı olarsa, nikah mərasiminə buraxılmayacaq. Nikah mərasimində oyun oynanması, kütləvi yemək-içmək qadağandır. Bundan başqa, nikah mərasimlərinə ən azı bir dövlət məmuru qatıla bilər. Geri qayıt |