Türkiyədə koronavirusla bağlı son statistika açıqlanıb

 

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 42 nəfər ölüb.


Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 91 302 şübhəli koronavirus testindən keçib, onlardan 1482-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 945 nəfər olub, 1027 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 268 546 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 243 839 nəfər sağalıb, 6326 nəfər ölüb.

Nazir ağır xəstə sayının artmasını və bu səbəbdən də ölümlərin son zamanlar yüksək olduğunu vurğulayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}