Suriyada qaz boru kəmərində partlayış baş verib
Suriyanın Dəməşq vilayətində qaz boru kəmərində terror aktı nəticəsində partlayış baş verib.
Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Suriyanın neft və mineral sərvətlər naziri Əli Qanim deyib.
Bildirilib ki, partlayış ölkə ərazisində elektrik enerjinin kesilməsinə səbəb olub:
"Vəziyyəti qiymətləndirdikdən sonra Adra və Dumeyr rayonları arasındakı qaz kəmərində partlayışa terror aktın səbəb olduğu müəyyən edilib".
Xəbəri paylaş
Facebook-da paylaş