ÜST maskadan istifadə üçün minimal yaş həddini açıqlayıb

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) koronavirusa qarşı tibbi maskaların hansı yaşdan istifadə olunmasına dair tövsiyələr verib.


Şəffaflıq.az xəbər verir ki, bu barədə ÜST-ün saytında məlumat yer alıb.

Qeyd olunur ki, təşkilatlar koronavirus pandemiyası ilə əlaqədar 5 yaşdan kiçik uşaqlardan maska taxılmasını tələb etməməyi məsləhət görür.

“Bu, uşağın təhlükəsizliyinə və ümumi maraqlarına, eləcə də maskanı minimal yardımla lazımi qaydada istifadə etmək qabiliyyətinə əsaslanır”, - məlumatda belə deyilir.

Eyni zamanda, hər iki təşkilat 6-11 yaşlarında olan uşaqlar üçün bir neçə amili nəzərə almağı tövsiyə edir. Belə ki, söhbət onun maskanı etibarlı və düzgün istifadə etməsi, yaşadığı yerdə virusun yayılması səviyyəsindən gedir.

Eyni zamanda, ÜST və UNICEF 12 yaşdan yuxarı uşaqlar üçün maskadan istifadəni tövsiyə edir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}