Hindistanda rekord yoluxma qeydə alındı

 

Hindistanda ötən gün ərzində koronavirusa 69 878 yoluxma faktının qeydə alınması ilə günlük yoluxma sayında rekord qeydə alınıb.

Şəffaflıq.az xəbər verir ki, Hindistan Səhiyyə və Ailənin Rifahı Nazirliyinin şənbə günü yaydığı məlumata görə, ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 2 milyon 975 min 701-ə çatıb.

Xəstəliyə yoluxanların sayında buna qədər ən böyük gündəlik artım avqustun 20-də qeydə alınıb və 69 652 nəfər təşkil edib. Səhiyyə Nazirliyi avqustun 23-də ölkədə ümumi yoluxma sayının 3 milyonu keçəcəyini təxmin edir.

Ölkədə olan 697 330 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. Ümumilikdə 2 milyon 222 min 577 pasiyent müalicə olunaraq sağalıb.


Ölənlərin sayı isə son 24 saat içində 945 artaraq 55 min 794-ə çatıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}