Azərbaycanda valyuta hərracında dollara tələb artıb
Bu gün Mərkəzi Bankda Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Şəffaflıq.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumatda deyilir ki, ABŞ dollarına tələb iyulun 18-nə nisbətən 3,4 milyon ABŞ dolları və yaxud, təxminən, 5,8% artaraq 62,3 milyon ABŞ dolları təşkil edib. Tələb tam ödənilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.
Xəbəri paylaş
Facebook-da paylaş