İsmayıllıda qadın özünü asıb
İsmayıllı rayonunda intihar hadisəsi baş verib.
Şəffaflıq.az-ın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Basqal kəndində qeydə alınıb.
Kənd sakini, 1947-ci il təvəllüdlü Səyyarə Bağırova yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. Onun ağır xəstəliyi ilə əlaqədar bədənindəki ağrılara dözə bilmədiyi səbəbindən özünə qəsd etdiyi bildirilir.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş