Azərbaycanda daha 129 nəfər koronavirusa yoluxub, 421 nəfər sağalıb, 4 nəfər vəfat edib

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 421 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 376 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29 696 nəfər müalicə olunaraq sağalıb, 483 nəfər vəfat edib, 3 197 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 872, ötən müddət ərzində isə ümumilikdə 773 051 test aparılıb.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}