Ermənistanda Rusiya telekanallarının yayımı dayandırılır
Ermənistan prezidenti Armen Sarkisyan “Audiovizual media” haqqında qanunu imzalayıb.
Şəffaflıq.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin saytı məlumat yayıb.
Qanun xarici dildə fəaliyyət göstərən telekanalların, o cümlədən Rusiya telekanalların ölkə ərazisində açıq yayımını qadağan edir. Bundan sonra Ermənistanda xarici TV-lər pullu paketdə yayımlanacaq.
Ermənistan ərazisində yalnız “Mir” telekanalının açıq yayımına icazə verilib.
Xəbəri paylaş
Facebook-da paylaş