Braziliyada son sutkada 51 mindən çox insan koronavirusa yoluxub
Braziliyada son sutka ərzində daha 51 min 147 nəfərin koronavirusa yoluxub.
Şəffaflıq.az xəbər verir ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 2 milyon 394 min 513 nəfər yoluxub.
86 min 449 koronaviruslu xəstə dünyasını dəyişib, son sutkada isə bu rəqəm 1211 nəfər olub.
Həmçinin bu günədək 1,6 milyondan çox xəstə müalicə olunaraq sağalıb.
Xəbəri paylaş
Facebook-da paylaş