Gürcüstanda yoluxanların sayı sağalanların sayını ötməyə başlayıb

 


Son on gün ərzində Gürcüstanda koronavirusa yoluxanların gündəlik artımı sağalanların gündəlik artımını ötməyə başlayıb.

Şəffaflıq.az "Qafqazinfo"ya istindən bildirir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze brifinqdə deyib.

Onun sözlərinə görə, son həftə ərzində 46 nəfər COVID-19-dan sağalıb, 63 nəfər yoluxub.

“Son bir ay ərzində sağalanların sayı yoluxanların sayından çox olub, son həftədə isə revers baş verib və indi yoluxanların sayı sağalanların sayından çoxdur”, -  “Sputnik Gürcüstan” Qamkrelidzenin sözlərini sitat gətirir. 

Məmur son həftə ərzində yeni yoluxmaların, daha dəqiq desək, 24 halın böyük hissəsinin Qardaban rayonunda (Kvemo Kartli regionu) qeydə alındığını bildirib. Buna baxmayaraq, İdarələrarası Koordinasiya Şurası hələlik rayonda karantinin tətbiqi ilə bağlı qərar qəbul etməyib.

Qamkrelidze epidemiyanın zəifləmədiyini, əksinə, son iki həftə ərzində yoluxma sayının artdığını diqqətə çatdırıb. Bununla belə, o əlavə edib ki, əksər yeni yoluxma hallarında xəstəlik əvvəlkindən nisbətən yüngül keçir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}