İsveçrəli alim gözlənilməz versiya səsləndirib - Koronavirusun təbiəti barədə


 

İsveçrəli mikrobioloq bəyan edib ki, bütün dünyada tibb işçiləri koronavirusla mübarizədə səhvə yol veriblər.

Amerika ömrün uzadılması üzrə akademiyasının portalı xəbər verir ki, Bern Universiteti İmmunologiya İnstitutunun eks-direktoru Bela Ştadler əmindir ki, koronavrus soyuqlama yaradan mövsümi virusa bənzərdir, mutasiya edir və yayda yox olur.

Həkim hesab edir ki, simptomsuz daşıyıcı olmur - bu insanlarda COVİD-19 törədicisinə qarşı immunitet var və onlar başqalarını yoluxdura bilməzlər. Alim bu qənaətini təsdiqləyən məlumatlar göstərib - məsələn, koronavirus Çinin o rayonlarına nisbətən az təsir göstərib ki, orada əvvəllər atipik pnevmoniya törədən SARS virusu «partlayış»ı baş verib.

Tədqiqatçı başqa bir misal da gətirir - alman alimlərinin tədqiqatını. Buna əsasən, Berlinin koronavirusla xəstələnməmiş sakinlərinin 34 faizində T-hüceyrələrinin cavabdeh olduğu qazanılmış immunitet aşkar olunub. «Bu, o deməkdir ki, həmin hüceyrələr SARS-Co-2 virusunda adi soyuqlama törədiciləri ilə oxşar struktur taparkən, onlarla mübarizəyə girişirlər» - Ştadler qeyd edib.

«İndi virus yox olub. Mümkündür ki, o, qışda qayıtsın, ancaq bu, ikinci dalğa yox, mövsümi xarakterli olacaq. İndi maskada gəzən cavan və sağlam adamlar yaxşı olar ki, şlem geyinsinlər. Çünki onların başına nəyinsə düşəcəyi ehtimalı koronavirusa ciddi yoluxma riskindən daha böyükdür. Qışda isə insanlar onsuz da xəstələnirlər - maska geyinə bilərlər ki, başqalarına bu pandemiyadan nəyi öyrəndiklərini göstərsinlər» - deyə, Ştadler bəyan edib.


Şəffaflıq.az 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}