Rusiya və ABŞ ulduz müharibəsinə hazırlaşırlar - Ekspert
Bu ərəfədə Rusiya Müdafiə Nazirliyinin xəbər verdiyi «kiçik kosmik aparat»ın sınağı ölkənin müdafiə qabiliyyətinin təmin olunması istiqamətində mühüm addım olub. Bu barədə Strateji Konyunktura Mərkəzinin eksperti Oleq Ponomarenko bəyan edib.
O, qeyd edib ki, hərbi kosmos sahəsində yeni ixtiralar istənilən dövlətin nüvə silahlarını idarəetmə sistemini sıradan çıxarmaq qabiliyyətindədir. Hərbi ekspertin sözlərinə görə, kosmos sahəsində yeni silah texnologiyaları «potensial ulduz müharibəsinə» aid edilir və bu gün Rusiyada, ABŞ-da və digər ölkələrdə xüsusi məxfilk altında saxlanır.
Təsdiqlənməmiş informasiya var ki, Çin və Hindistan da mini-peyklərə malikdirlər, amma hələlik nə Pekin, nə də Dehli bu barədə rəsmi bəyan etməyiblər.
«Biz, anlayırıq ki, texnologiyaların inkişafı müxtəlif ixtisaslaşmış aparatlar yaratmağa imkan verir. Bu aparatları kosmik sahədə istifadə emək olar. Bu günə, artıq kompakt qabaritlərə malik avtomat sistemlər mövcuddur. Bu barədə danışmaq istəmirlər, amma artıq tam aydındır ki, bu sistemlərin bir çoxu kosmosda hərbi məqsədlər üçün fəaliyyət göstərə bilər» - Ponomarenko bəyan edib.
O, qeyd edib ki, ABŞ-da bu istiqamətdə kifayət qədər təcrübə toplanıb. Orada yaradılmış «Boinq X-37» (amerikalılarda iki belə aparat var) artıq orbitdə 7 ilə yaxın yerləşib. Mini-şatl təkcə kəşfiyyat fəaliyyəti ilə yox, həm də böyük yüksəkliklərə kiçik kosmik aparatları çatdırmaq və ya oradan qaytarmaq işlərini də görə bilir.
«Amerikalıların Boing X-37 aparatını hansı missiyada istifadə etdikləri hələ də məlum deyil. Bəyan edilir ki, onun funksiyalarının bir hissəsi mülkidir, amma o, başqa məqsədlər üçün də istifadə oluna bilər. Sonuncu dəfə o, orbitə ona görə buraxılıb ki, mini-peykləri orbitə çıxartsın. Mən, Rusiyanın kiçik kosmik aparatının funksiyaları və imkanları barədə dəqiq informasiyaya malik deyiləm, amma ehtimal etmək olar ki, tədqiqatların istiqaməti müxtəlif ölkələrdə üst-üstə düşə bilər» - Ponomarenko bildirib.
Ekspert bəyan edib ki, son kosmik tədqiqatların başlıca məqsədi həm ABŞ-da, hə də Rusiyada ondan ibarət ola bilər ki, hərbi münaqişə halında öz dövlətinin təhlükəsizliyini təmin etmək və düşmənin silahlı qüvvələrinə effektli zərbə endirmək mümkün olsun.
«Özgənin peykini neytrallaşdırmaqla, onu başlıca funksiyadan məhrum etmək olar - müşahidə və informasiya mübadiləsi imkanlarından. Yaxşı peyk siqnalı olmadan, tanklar, təyyarələr, aviadaşıycılar və digər qrup adi silahlar lazımsız və köməksiz hala düşə bilər. Ən başlıcası isə yeni kosmik tədqiqatların köməyi ilə raket hücumu xəbərdarlıq sisteminə təsir göstərmək və nüvə silahının idarə olunmasını sıradan çıxartmaq olar…» - Ponomarenko qeyd edib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 15-də «kiçik kosmik aparat»ın uğurlu sınağı keçirilib. Onun köməyi il yaxın məsafədən Rusiya peyklərindən biri yoxlanılıb. Nəticədə, hərbçilər «öyrənilən obyektin texniki vəziyyəti» barədə qiymətli məlumatlar əldə ediblər».
Bu aparat barədə başqa informasiya verilməyib.
Şəffaflıq.az
Facebook-da paylaş