Şamaxı və Qobustanda güclü külək və leysan fəsadlar törədib

 

Şamaxı rayonunda güclü küləklə müşahidə olunan leysan kənd təsərrüfatının ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.

Şəffaflıq.az xəbər verir ki, aramsız yağan yağışlar daha sonra kəskinləşərək leysana çevrilib. Digər tərəfdən də əsən güclü külək suyun axınına təkan verib.

Hektarlarla meyvə bağları su altında qalıb. Mal-qaraya və təsərrüfata ciddi ziyan dəyib. Sakinlərin dediyinə görə, təxminən 3 hektara yaxın qoz bağı, 21 hektar badam bağı tələf olub. Eyni zamanda ərazidə salınmış süni balıq gölü də leysan nəticəsində məhv olub və bu, xeyli sayda balıq tələfatına gətirib çıxarıb.

Udlu, Yekəxana və Poladları kəndləri istiqamətində insanların gediş-gəlişi ləngiyib. Avtomobil yolları, piyada keçidi üçün salınmış kiçikhəcmli körpülər su altında qalıb.

Sakinlər mövcud vəziyyətdən çox narahatdırlar və təbii fəalkətin bu şəkildə davam edəcəyi təqdirdə kənd təsərrüfatının bir çox sahəsinin ciddi şəkildə ziyan görəcəyini bildirirlər. Aidiyyəti qurumlar məsələdən xəbərdardır və onlar da öz növbəsində dəyə biləcək ziyanın qarşısının alınmasına çalışır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}