Konstitusiya Məhkəməsi narkotiklə bağlı maddəni şərh edəcək

 

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Şəffaflıq.az “Report”-a istinadən xəbər verir ki, iclasda Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair Balakən Rayon Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 29-na təyin edilmiş iclasında baxılacaq.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma ilə bağlı məsuliyyət nəzərdə tutur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}