Prezident D.Trampın qardaşı qızı onu dünyanın ən təhlükəli adamı adlandırdı

 

ABŞ prezidenti Donald Trampın qardaşı qızı kitabında dövlət başçısını təhlükəli adam kimi xarakterizə edib.


Meri Trampın kitabının adı da bundan xəbər verir: “Həddindən çox və həmişə yetərsiz: ailəm dünyanın ən təhlükəli adamını necə yaratdı”.

Şəffaflıq.az xəbər verir ki, prezidentin qardaşı qızı bir çox mətləblərə aydınlıq gətirib. Onun ABŞ dövlət başçısının sirlərini də açıqladığını demək olar.


Donald Tramp və onun qardaşı Robert kitabın nəşrinə mane olmağa çalışmışdı. Bunun üçün məhkəməyə də müraciət olunmuşdu. Amma Nyu-York apellyasiya məhkəməsi iddianı təmin etməyib. İyulun 14-dən amerikalılar kitabı ala biləcəklər.


Psixoloq Meri Tramp 211 səhifəlik kitabda prezidentin ümumi obrazını çatdırmağa çalışıb. Mütəxəssislərin fikrincə, kitabda Merinin incikliyi aşkar hiss olunur. Müəllif Donald Tramp obrazını onun milyonçu atası Fred Trampın yaratdığını yazır. Meri əmisini yalnız özü haqda düşünən insan kimi təsvir edib. Donald nəinki zəif, hətta kövrək əşya kimi təqdim olunub: “Onu hər an dəstəkləmək lazımdır. O, içində yaxşı bilir ki, özünü təqdim etdiyi insan deyil”.


Donald Tramp Pensilvaniya Universitetinin bakalavr dərəcəsi ilə həmişə çox öyünüb. Meri yazır ki, əslində, əmisi pul gücünə imtahanda öz yerinə başqasını salıb. Donaldun dostu Co Şapiro onun əvəzinə suallara cavab verib. Tramp beləcə universitetə daxil olub.


Meri Tramp prezidentin onun atasını məhv etdiyini yazıb: “Amma ölkəni məhv etməsinə imkan verə bilmərəm”.




Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}