Rusiyada koronavirusa yoluxanların sayı 600 mini ötdü

 

Rusiyada son sutkada daha 7 176 nəfərə COVID-19 diaqnozu qoyulub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 606 881 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 154 nəfər artaraq 8 513-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 368 822 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 811 nəfər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 9,3 milyonu ötüb. Bunların 5 milyondan çoxu sağalıb, 480 mindən çoxu isə ölüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}