“Qazprom” itirə-itirə gedir
“Qazprom”un 2020-ci il üçün maliyyə göstəriciləri qənaətbəxş deyil. Keçən illə müqayisədə vəziyyət çox pisləşib.
Şəffaflıq.az xəbər verir ki, “Qazprom”un investorlarla iş üzrə şöbəsinin rəhbəri Anton Demçenko telekonfrans zamanı Rusiya şirkətinin itkilərindən danışıb. O, təbii qaz satışından gələn gəlirin azalmasını yaxşı başa düşdüklərini söyləyib. Şirkət bunun qarşısını almağa çalışır.
“Qazprom” hər şeydən əvvəl əməliyyat xərclərini və kapital qoyuluşunu azaltmağı düşünür. Demçenko şirkətin itkilərlə barışdığını da gizlətməyib.
Onun fikrincə, indi daha çox gələcəyə baxmaq lazımdır.
“Qazprom eksport”un idarə rəisi Sergey Komlyov isə bir o qədər nikbin danışmayıb. Onun sözlərinə görə, gəlirin azalması borclanma yükünü artıracaq. Komlyov təbii qazın 1000 kubmetr üçün ixrac qiymətinin 130-140 dollar olacağını bildirib. İdarə rəisi qiymətlərin həmişə belə aşağı olmayacağına ümid ifadə edib.
“Qazprom” bir çox tərəfdaşlarını itirməyə başlayıb. Məsələn, Türkiyəyə qaz ixracı 7 dəfə azalıb. Üstəlik, qışın isti keçməsi də gəlirlərə çox təsir göstərib.
Facebook-da paylaş