Misirdə iki gündə 176 nəfər koronavirusdan ölüb
Son iki gündə Misirdə yeni növ koronavirus infeksiyasından daha 176 nəfər ölüb və bununla da COVID-19 qurbanlarının sayı 2193 nəfərə çatıb.
Şəffaflıq.az xəbər verir ki, Misirin Səhiyyə Nazirliyi iyunun 21-də pandemiya ilə bağlı son vəziyyəti açıqlayıb.
Məlumata görə, bazar günü ölkədə yeni növ koronavirusa 1475 yoluxma qeydə alınıb, ümumilikdə isə virusa yoluxanların ümumi sayı 55 min nəfərdən çoxdur. Həmçinin son sutka ərzində Misirin karantin xəstəxanalarında 409 xəstə sağalıb, sağalanların sayı isə 14 736 nəfərdir.
Xəbəri paylaş
Facebook-da paylaş