Yol polisindən rayonlara gedənlərə — XƏBƏRDARLIQ

 


"Hazırda Bakı, Sumqayıt və Abşerondan rayon istiqamətinə gedən şəxslərin sayı artıb. Həmin şəxslərin diqqətinə çatdırırıq ki, Bakı, Sumqayıt Abşeron, Lənkəran və Gəncə şəhərlərinin giriş-çıxışına tədbiq edilən məhdudiyyət hələ də qüvvəsindədir"

Şəffaflıq.az bildirir ki, bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqəlar şöbəsinin rəisi,  polis polkovniki Kamran Əliyev məlumat verib. 

O bildirib ki, sürücülər ayın 21-dən etibarən karantin rejiminin sərtləşməsini nəzərə alaraq rayon istiqamətinə getməsinlər:  "Onsuz da bu adamlar karantin postundan buraxılmayacaqlar. Rayon istiqamətinə gedən yalnız xüsusi ezamiyə sənədi olan şəxslər,  DİN-nin 102-i xidmətindən yaxın qohumunun dəfn mərasimində iştirakı üçün icazə alan, müvafiq arayış əsasında dövrü müalicəyə göndərişi olan şəxslər postlardan buraxılacaq.  İcazəsi olan şəxslərin yalnız özləri postlardan keçə bilər.  Daha ailə üzvləri və qohumları buraxılmayacaq.  Ümumumiyətlə icazəsi olmayan heç bir şəxs inzibati ərazilərdən nə o yana, nə də bu yana buraxılmayacaq.  Bu səbəbdən həmin şəxslər yol gedib postlarda sıxlıq yaratmasınlar".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}