Bu tarixə DİQQƏT

Bu ilin ilk Günəş tutulması hadisəsi iyunun 21-nə təsadüf edəcək.

Tutulma Bakı vaxtı ilə saat 07:46 radələrində başlayacaq, saat 13:34-də sona çatacaq.

Tutulmanın maksimum həddi 10:41-də olacaq. Bu təbiət hadisəsi təxminən 5 saat 48 dəqiqə davam edəcək.

Günəş tutulması Afrika, Cənub-Şərqi Avropa və Asiyada müşahidə ediləcək. Prosesin halqavarı fazasını isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla, Afrikanın bir hissəsi, Pakistanın cənubu, Hindistanın şimalı və Çindən müşahidə etmək mümkün olacaq. Bu ölkələrin sakinləri tutulmanın maksimum fazasında tutulma ətrafında xarakterik yanar halqa görəcəklər.

Qeyd edək ki, Azərbaycan ərazisində Günəş tutulması qismən müşahidə olunacaq. Tutulma ölkə ərazisi üçün saat 08:47-də başlayıb, saat 11:05-dək davam edəcək. (report)

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}