ÜST Afrikada pandemiya ilə bağlı son vəziyyəti açıqlayıb
Afrika ölkələrində COVID-19 pandemiyasından ölənlərin sayı 6218 nəfərdir.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının regional nümayəndəliyi bildirib.
“Afrikada 230 min 454 nəfərin koronavirusa yoluxması təsdiqlənib, 106 min nəfərdən artıq sağalıb, 6218 xəstə isə ölüb”, - deyə, məlumatda qeyd olunub.
Təşkilatın məlumatına görə, region ölkələri arasında koronavirusdan ən çox ölən CAR-da qeydə alınıb - 1423 nəfər.
Xəbəri paylaş
Facebook-da paylaş