Azərbaycanda deputatın yaxın qohumu koronovirusdan öldü
Milli Məclisin deputatı Aydın Mirzəzadənin əmisi qızı koronavirusdan vəfat edib.
Bu barədə deputatın özü məlumat verib.
Onun sözlərinə görə, 64 yaşlı əmisi qızı dünən koronavirusdan ölüb: "Üç gün temperaturla gəzib, hesab edib ki, soyuq dəyib. Onu Goranboydakı xəstəxanalardan birinə yerləşdirmişdilər. İki gün süni nəfəs aparatında saxlasalar da, həkimlər əmim qızının həyatını xilas edə bilmədilər. Özündən başqa ailəsindən daha dörd nəfər klinikada koronavirusdan müalicə alırlar və ananın vəfatından xəbərləri yoxdur".
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş