Ölümlə üz-üzə qalan iki işçini.- FHN XİLAS ETDİ
Fövqəladə Hallar Nazirliyindən Şəffaflıq.az-a daxil olan məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər rayon yanğından mühafizə hissəsinin və Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər əməliyyat şəraitini qiymətləndirdikdən sonra, müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.
Mürəkkəb və riskli şəraitdə aparılan xilasetmə işləri nəticəsində həyatı təhlükəsi olan vəziyyətdə qalan şəxsləri xilasedicilər təhlükəsiz əraziyə çıxararaq xilas ediblər, həmçinin konstruksiyada bərkitmə işləri aparıblar.
Facebook-da paylaş