Britaniyada bir gündə koronavirusdan 412 nəfər ölüb

 

Böyük Britaniyada son sutkada koronavirusdan yüzlərlə insan ölüb.


Bu barədə Şəffaflıq.az həmin ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin məlumatına görə, ötən gün ərzində 412 nəfər COVID-19-un qurbanı olub.

Qeyd edilir ki, ölkədə təhlükəli virusdan ölənlərin ümumi sayı 37 460 nəfər təşkil edir.

Həmçinin bildirilir ki, bir gün ərzində COVID-19-a 2 013 yeni yoluxma aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 267 240 nəfərə çatıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}