Şamaxıda kran aşması nəticəsində işçinin ölməsi ilə bağlı cinayət işi açıldı
Şəffaflıq.az-ın məlumatına görə, bu gün Şamaxı rayonunda iş şəraitində ehtiyatsızlıqdan hündürlükdən yıxılma nəticəsində iki nəfər xəsarət alıb. Onlardan birinin xəsarətləri ağır olduğundan Bakıya əməliyyata gətirilərkən yolda vəfat edib. Digəri isə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub, vəziyyəti ağır qiymətləndirilir. Məsələ barədə Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.
Facebook-da paylaş