Qazaxıstanın bütün hava limanları daxili uçuşlar üçün açılıb

 

Mayın 25-dən Qazaxıstanın bütün hava limanları daxili uçuşlar üçün açılıb.

Şəffaflıq.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı Nazirliyindən bildiriblər.

Məlumata əsasən, şəhərlər arasındakı uçuşların sayı müştərilərin istəkləri nəzərə alınaraq aviaşirkətlərlər tərəfindən təyin ediləcək.

Qeyd edilir ki, uçuşlar yüksək sanitariya təhlükəsizliyi tədbirləri şəraitində həyata keçirilir, hava limanlarında və təyyarələrdə geniş dezinfeksiya işləri aparılır.

Xatırladaq ki, Qazaxıstanda koronavirusa 8,3 mindən artıq insan yoluxub. Onlardan təxminən 4,3 mini sağalıb, 35 nəfəri isə ölüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}