AzTV doqquz işçisini qovdu
Şəffaflıq.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“Bu gün ölkədə aparılan kütləvi təmizləmə və korrupsiyaya qarşı mübarizə fonunda həmin adamları işdə saxlamaq qanunu pozmaq deməkdir. Bəli, karantin dövründə kimisə işdən azad etməmək barədə dövlətin müraciəti və konkret göstərişləri var. Amma bu o demək deyil ki, kimsə çalışdığı iş yerindən oğurluq edə bilər. Özü də müraciətdə adları çəkilən bəzi sürücülər təxminən 1 il əvvəl də maşından yanacaq çəkdiklərinə görə əməkdaşlar tərəfindən tutulub. Amma izahatları alınaraq töhmət verilib və işə qaytarılıb. Lakin yenidən bu əmələ at atıblar. Hazırda iş üzrə araşdırma gedir və nəticə olan kimi AzTV bu barədə özü mediaya açıqlama verəcək”, - şöbədən bildirilib.
Qeyd edək ki, mətbuatda AzTV-nin 9 sürücüsünün böhtan atılaraq işdən çıxarıldığını iddia etməsi və bununla bağlı I vitse-prezidentə müraciət ünvanlaması barədə məlumat yayılıb.
Facebook-da paylaş