Rüstəm Usubov işdən çıxarılmasından danışdı - “Bundan sonra nə olacaqsa, bilmirəm”
“Ortada Prezident sərəncamı varsa, buna hansı şərh vermək olar. Artıq Baş Prokurorun birinci müavini deyiləm”.
Şəffaflıq.az olaraq musavat.com-un dərc etdiyi yazını olduğu kimi paylaşmağı vacib hesab etdik.
Musavat.com xəbər verir ki, bu sözləri Gununsesi.org-un sorğusuna cavab olaraq dünən Baş Prokurorun birinci müavini vəzifəsindən azad olunan Rüstəm Usubov söyləyib.
Bundan sonra fəaliyyətinin nədən ibarət olacağına gəlincə, Rüstəm Usubov, hələlik bir şey bilmədiyini deyib:
“Bundan sonra nə olacaqsa, onu bilmirəm”.
“Mediada dəyəri yüz milyonlarla ölçülən əmlaklarınız açıqlandı, bunu hardan qazanmısınız” sualına isə baş prokurorun sabiq müavini telefonun dəstəyini asmaqla cavab verməkdən yayınıb.
Facebook-da paylaş