Əsas Səhifə > Gündəm > Rüstəm Usubov işdən çıxarılmasından danışdı - “Bundan sonra nə olacaqsa, bilmirəm”
Rüstəm Usubov işdən çıxarılmasından danışdı - “Bundan sonra nə olacaqsa, bilmirəm”22-05-2020, 15:39 |
“Ortada Prezident sərəncamı varsa, buna hansı şərh vermək olar. Artıq Baş Prokurorun birinci müavini deyiləm”. Şəffaflıq.az olaraq musavat.com-un dərc etdiyi yazını olduğu kimi paylaşmağı vacib hesab etdik. Musavat.com xəbər verir ki, bu sözləri Gununsesi.org-un sorğusuna cavab olaraq dünən Baş Prokurorun birinci müavini vəzifəsindən azad olunan Rüstəm Usubov söyləyib. Bundan sonra fəaliyyətinin nədən ibarət olacağına gəlincə, Rüstəm Usubov, hələlik bir şey bilmədiyini deyib: “Bundan sonra nə olacaqsa, onu bilmirəm”. “Mediada dəyəri yüz milyonlarla ölçülən əmlaklarınız açıqlandı, bunu hardan qazanmısınız” sualına isə baş prokurorun sabiq müavini telefonun dəstəyini asmaqla cavab verməkdən yayınıb. Geri qayıt |