İtaliyada koronavirusdan gündəlik ölüm sayı azalmaqda davam edir

 

İtaliyada son bir sutkada 161 nəfər koronavirus səbəbindən yaranan fəsadlardan vəfat edib. Bununla ümumi ölüm sayı 32 min 330 nəfərə çatıb.

Şəffaflıq.az xəbər verir ki, fevralın 21-dən başlayaraq koronavirusa yoluxma sayı 227 min 364 nəfər təşkil edir. Bunlardan 665-i son bir sutkada qeydə alınıb. 132 mindən çox insan isə sağalaraq adi həyatına qayıdıb.

İtaliya hökuməti isə normal həyata qayıtmaq barədə qərarı qəbul edib. Bu istiqamətdə görülən tədbirlərdən ən vacibi sərhədlərin açılmasıdır.

İyunun 3-dən etibarən ölkə sərhədlər Avropa İttifaqından gələn turistlər üçün açıq olacaq. Ölkə sərhədləri martın 9-da bağlanmışdı.

Mayın 21-dən isə bütün ölkədaxili nəqliyyat sistemi tam qaydada fəaliyyətə başlayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}