Kəmaləddin Heydərov qəzaya düşdü — Avtomobil yandı
Şəffaflıq.az qazet.az-a istinadən xəbər verir ki, hadisə zamanı nazir Heydərov özü də avtomobildə olub. Avtoqaəzada iştirak edən digər maşının markası “Maserati” imiş. Bildirilir ki, mühafizəçilər dərhal naziri başqa bir maşına əyləşdirərək hadisə yerindən uzaqlaşdırıblar. Qısa zamanda nazirliyin avtomobili alovlanıb. Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.
Bu gün günorta saatlarında Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti maşını qəzaya düşüb.
Xəbəri paylaş
Facebook-da paylaş