Alimlər yarasalarda 1500 yeni koronavirus növü aşkarlayıb

 

Çinin Uhan şəhərinin Virusologiya İnstitutunda yarasalarda gələcəkdə pandemiyaya yol aça biləcək 1500 yeni koronavirus növü aşkarlanıb.


Şəffaflıq.az Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə “The Big Picture Science” proqramında bildirilib.

Qeyd olunub ki, yarasalardan toplanan 15 min nümunə analiz edilib, onların 10 faizində koronavirusun yeni təhlükəli növləri öyrənilib.

Laboratoriya analizlərindən bu nəticəyə gəlinib ki, bu viruslardan bəziləri insana yoluxmasa da, bəziləri yoluxa bilər və hazırda tədqiqatlar davam edir.

Alimlər yarasa yuvaları olan mağaralara yaxın kənd sakinlərindən qan nümunələr götürüblər. Analizlərdən məlum olub ki, yeni növ koronavirusun mənbəyi Uhan sakinlərindən öncə bu kənd sakinlərində aşkarlanıb. Lakin onların qanlarında koronavirusa yoluxub, sağaldıqdan sonra yaranan antikor deyilən qoruyucu maddəyə də rast gəlinib.

Alimlər qanlarında minlərlə təhlükəli virüs daşıyan kəndliləri “saatlı bomba” adlandırıblar.

Qeyd edək ki, indiyədək elmə koronavirusların SARS (2003), MERS-CoV (2012–2015) və COVID-19 olmaqla, 3 növünün pandemiyaya səbəb olduğu məlumdur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}