Aslanın killer dəstəsinin 12 üzvü tutuldu

 Rusiyanın əsas qatili kimi tanınan Aslan Qaqiyevin dəstəsinin 12 üzvü xüsusi təyyarə ilə Vladiqafqazdan Moskvaya çatdırılıb.
Bidirirlir ki, videoçarx Rusiyanın İstintaq Komitəsinin yutub kanalında dərc edilib.
Qeyd edək ki, cinayətkar dəstənin adı 2004-2014-cü illərdə 40-dan çox qətldə hallanır. Qətl edilənlər arasında iş adamları, məmurlar və hüquq-mühafizə orqanlarının əməkdaşları olub.
Qaqiyev Şimali Osetiya, Moskva vilayəti və Moskva şəhərində ayrı-ayrı 3 killer qrupu yaradıb. Aslan Qaqiyevin özü ötən il Avstriyadan Rusiyaya ekstradisiya edilib.
Məhkəmə prosesinin təhlükəsizliyini təmin etmək üçün cinayət qruplaşmasının bütün iştirakçılarının cinayət işinə Moskva dairəsinin hərbi məhkəməsində baxılacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}