Respublika Klinik Xəstəxanasında xəstə qəbulu dayandırılıb - RƏSMİ AÇIQLAMA
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva “Qafqazinfo” ilə əlaqə saxlayaraq Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yeni xəstə qəbulunun dayandırıldığını bildirib.
“Xəstəxanada yeni qəbul qaydaları müəyyənləşdirilir. Bu səbəbdən tibb müəssisəsi bir həftə yeni xəstə qəbul etməyəcək. Eyni zamanda, həmin müddətdə orada profilaktika məqsədi ilə dezinfeksiya işləri aparılacaq. Xəstəxanada olan pasiyentlərin müalicəsi əvvəlki qaydada davam etdiriləcək”, - deyə, R.Əliyeva deyib.
Qeyd edək ki, bəzi mətbuat orqanlarında Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb işçiləri arasında koronavirusa yoluxma halının baş verməsi və xəstəxanın fəaliyyətini dayandırması ilə bağlı məlumatlar yayılıb. Bildirilib ki, xəstəxananın Ginekologiya Şöbəsində doğuşa gələn bir qadından virus tibb işçilərinə yayıldığında bu axşamdan xəstəxana fəaliyyətini dayandırıb.
Məlumata görə, xəstəxananın bütün tibb personalından COVİD-19 testi götürüləcək. Yalnız bundan sonra xəstəxananın tam fəaliyyətini dayandırıb-dayandırmamasına qərar veriləcək.
Tibb ocağının Qəbul şöbəsi Gununsesi.org-un sorğusuna cavab olaraq, xəbəri təsdiqləyib.
Bildirilib ki, tibb müəssisəsinin açılacağı tarix personalın test nəticələrindən sonra bəlli olacaq.
Şəffaflıq.az
Facebook-da paylaş