Koronavirusun ortaya çıxdığı Uhanda 11 milyon insan növbəyə düzüldü

 

Çin səhiyyə komissiyasının verdiyi məlumata görə, son 24 saatda ölkədə 4 nəfərdə koronavirus aşkarlanıb, ölüm hadisəsi isə qeydə alınmayıb. Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 82 min 933 nəfərə çatıb, 91 xəstənin müalicəsi isə davam etdirilir.

Uhanda son zamanlarda yeni koronavirusa yoluxma halları aşkarlandığından hökumət virusun yeni dalğasının başlana biləcəyindən ehtiyatlanır.

Bunun üçün Uhanda 11 milyon əhalinin hamısnın testdən keçirilməsi ilə bağlı qərar qəbul edilib. Qərara əsasən nuklein turşularının istıfadəsi ilə keçirilən bu testlər 10 gün ərzində aparılmalıdır. Bu isə gündə 750 min nəfər deməkdir. Mütəxəssislər prosesin 10 gün ərzində başa çatacağına ümid etmədiklərini bildirir.

Uhan bələdiyyəsinin açıqlamasına görə, son günlərdə şəhərdə 11 nəfərdə koronavirus aşkarlanıb. Həmin şəxslər şəhərin müxtəlif bölgələrində yaşayır.

Beləliklə, Uhanda koronavirusun yeni dalğasının qarşısını almaq üçün hər kəs testdən keçirilir. Bu proses parklarda, avtomobil dayanacaqlarında, küçələrdə qurulan çardırlarda aparılır. İnsanlar testdən keçmək üçün uzun-uzadı növbəyə düzülürlər.


 

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}